Bakıda Avropa İttifaqına qarşı aksiya keçirildi - FOTOLAR

Bakıda Avropa İttifaqına qarşı aksiya keçirildi - FOTOLAR
  12 Sentyabr 2015    Oxunub:3233
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə etiraz olaraq Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirilib.

AzVision.az xəbər verir ki, aksiya Beynəlxalq Diaspora Mərkəzi tərəfindən təşkil edilib.

Aksiyada Avropa İttifaqının eleyhinə şüarlar səsləndirilib. Bildirilib ki, Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə qəbul etdyi qərəzli qətnamə Azərbaycan diasporunun və eləcə də ictimaiyyətin ciddi narazılığına səbəb olub. Belə bir qətnamənin qəbul edilməsi Avropa Parlamentinin ikili standartlar və islamafobiya mövqelərindən çıxış etdiyinin bazir nümunəsidir.

Beynəlxalq Diaspora Mərkəzi Avropa Parlamentini Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırıb.

Sonda aksiyanın ilə bağlı Beynəlxalq Diaspora Mərkəzinin rəhbərliyi tərəfindən hazırlanan bəyannamə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə təqdim olunub.

Nümayiş insidentsiz başa çatıb.

Hafiz Əhmədov
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti