Superkley körpənin həyatını xilas etdi – VİDEO

Superkley körpənin həyatını xilas etdi – VİDEO
  13 İyun 2013    Oxunub:1828
ABŞ-ın Missuri ştatının Kanzas şəhərində həkimlər beyin əməliyyatı zamanı superkleydən istifadə ediblər.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, həkimlər qanaxmaya səbəb olan anevrizmi bərpa etmək üçün cərrahiyyə superkleyindən istifadə ediblər. Superkley körpənin həyatını xilas edib.

Körpə doğulandan bəri onun beynində anevrizm müşahidə olunub. Həkimlərin sözlərinə görə, körpələrdə anevrizmə nadir hallarda rast gəlindiyinə görə, onu əməliyyat etmək üçün cərahiyyə alətləri yoxdur. Onu əməliyyat etmək isə riskli olub, çünki körpədə qanaxma baş verə bilərdi. Buna görə də həkimlər anevrizmi müalicə etmək üçün cərrahiyyə superkileyindən istifadə edib.

Qeyd edək ki, cərrahiyyə superkileyinin tərkibi dünkanlarda satılan superkiley ilə eynidir.



AzVision.az


Teqlər:  





Xəbər lenti