498 nəfər deputatlığa namizəddir

498 nəfər deputatlığa namizəddir
  12 Sentyabr 2015    Oxunub:2270
Azərbaycanda keçiriləcək Parlament seçkilərində deputatlığa namizəd olmaq üçün 498 müraciət daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

MSK sədri bildirib ki, onlardan 254-nün namizədliyini siyasi partiyalar, 13 nəfərini isə “Azadlıq-2015” seçki bloku irəli sürüb.

`286 nəfərin namizədliyinin irəli sürülməsi qeydə alınıb, onlara imza vərəqələri verilib`.

Onun sözlərinə görə, 74 müşahidəçi MSK-da akkreditasiyadan keçib. Onlardan 69 nəfəri öz təşəbbüsü müşahidəçi olmaq istəyənlərdir, 5 nəfər isə qeyri-hökumət təşkilatlarını təmsil edir.

AzVision.az


Teqlər:



Xəbər lenti