Elmar Məmmədyarov səfirlə görüşüb
Azvision.az xəbər verir ki, nazir Elmar Məmmədyarov iki ölkə arasındakı münasibətlərin genişlənməsindən məmnun olduğunu bildirmiş və səfir Sabin Ulman Şabana gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
İsveçrə Konfederasiyasının səfiri iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirmiş və əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edib.
Görüşdə, həmçinin Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf perspektivləri və xüsusilə də enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
AzVision.az
Teqlər: