Sumqayıt maşınları da Bakıya buraxılmayacaq

Sumqayıt maşınları da Bakıya buraxılmayacaq
  14 Sentyabr 2015    Oxunub:6650
Sabahdan başlayaraq rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə qadağa qoyulacaq.

AzVision.az xəbər verir ki, qadağa Sumqayıt və Abşeron qeydiyyatında olan avtomobillərə də şamil ediləcək.

Belə ki, sentyabrın 15-dən etibarən rayon qeydiyyatında olan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta daxil ola bilməyəcəklər.

Rayon maşınları üçün paytaxtın giriş hissələrində pulsuz dayanacaqlar salınıb.

AzVision.az





Teqlər:  



Xəbər lenti