Milli Məclisdən Avropa Parlamentinə etiraz - Yenilənib

Milli Məclisdən Avropa Parlamentinə etiraz - Yenilənib
  14 Sentyabr 2015    Oxunub:4539
“Biz Avropa Parlamentinin Azərbaycana qərəzli qətnamələr qəbul etdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq bu dəfə Avropa Parlamenti bütün sərhədləri keçib”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı spiker Oqtay Əsədov deyib.

Spiker bildirib ki, bu dəfə Avropa Parlamenti bütün davranış qaydalarını pozub: “Biz Avropa Parlamentinin iclasını canlı müşahidə etdik və Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutduğunu gördük. İclasdakı məlumatlar açıq-aşkar saxtakarlığa əsaslanıb”.

O.Əsədov diqqətə çatdırıb ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq Milli Meclisin 49 deputatının müraciəti əsasında xüsusi plenar iclas çağırılıb:

`Biz dəfələrlə Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin şahidi olmuşuq. Bu dəfə isə Avropa Parlamenti bütün çərçivələri keçib. Bütün beynəlxalq davranış qaydaları pozularaq tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətə qarşı çıxış etdilər. Mən, Valeh Əlsəgərov, Ziyafət Əsgərovla birgə həmin iclası canlı izlədik. Bir daha gördük ki, nə qədər qərəzli mövqe tutublar. Əvvəllər parlamentin iclaslarında Avropanı narahat edən problemlər müzakirə edilirdi. Əvvəl iclaslarda 50- 60 nəfər güclə iştirak edirdi. Bu dəfə isə tamam fərqli olaraq 635 nəfər depupat Azərbaycanla bağlı müzakirələr apardı. Bu qətnamənin qəbul edilməsində məqsəd Azərbaycanı Avropadan tərcrid etmək , onun nüfuzuna zələl gətirmək, Dağlıq Qarabağ probleminin həllinin gecikdirilməsinə nail olmaqdır. Bütün bunlar Dağlıq Qarabağın müstəqilliyinə xidmət edən amildir`.

O, qeyd edib ki, müzakirələrdə qətnamənin əleyhinə 202 nəfər, 72 nəfər isə bitərəf qaldı: `Bu o deməkdir ki, Azərbaycanla hələ də əməkdaşlıq etmək istəyənlər var. Amma heyif ki, onların səsi eşidilmədi. Azərbaycan heç kimin sözü ilə oturub durmayacaq. Müstəqillyini davam etdirəcək. Xalqla iqtidar arasında möhkəm birlik var. Hesab edirəm ki, hakimiyyət “Şərq Tərəfdaşlığı” proqramına yenidən nəzərə alsın. Baxaq ki, təşkilatla əməkdaşlıq etmək lazımdır, ya yox`.

***

Millət vəkili Sabir Rüstəmxanlı çıxışı zamanı bildirib ki, məlum qətnamə xalqa qarşı çevrilib: “Bütünlüklə bu qətnamə xalqa təhqiridir. Heç kim demir ki, hakimiyyətimiz idealdır. Bütün Avropa hakimiyyətlərində qüsurlar var, amma bizə yanaşmada daha qərəzli münasibət var. Onların bu münasibətini gizlətmək mükün deyil. Burada da erməni lobbisinin xüsusi rolu, xristian-müsəlman davasının elementləri, həm də Azərbaycanı yenidən savaşa çəkmək var. Eyni zamanda Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyi hiss olunur. Azərbaycanla Avropanın səmimi münasibətlərini pozmaq istəyirlər. Heç kimə sirr deyil ki, Azərbaycan bölgədə sabitlik adasıdır, amma bu çoxlarına sərf etmir. Jurnalist Rasim Əliyev operator idi, axı onun hakimiyyətə qarşı ciddi iradı olmayıb. İndi qətnamədə onun qətlini hakimiyyətin üzərinə atırlar”.

Millət vəkili Tahir Rzayev məlum qətnaməni qərəzli hesab edərək bildirib ki, bunun heç bir hüquqi əsası yoxdur.

Deputat Vahid Əhmədov çıxışında qeyd edib ki, Avropa Parlamenti Avropa dövlətləri demək deyil. Onun sözlərinə görə, Azərbaycanın bir çox Avropa ölkələri ilə sıx əlaqələrimiz var: “Mən hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır. Xüsusilə Azərbaycanın əleyhinə olan qüvvələrlə işləri daha da genişləndirmək lazımdır”.

Deputatın çıxışına spiker Oqtay Əsəov reaksiya verib. “Biz demirik ki, Avropa ilə əlaqəni kəsirik. Bizim Avropa Parlamenti qarşısında heç bir öhdəliyimiz yoxdur. Həmin parlamentin sədri Şults Avropa Oyunları ərəfəsində deputatlara göstəriş vermişdi ki, Azərbaycana rəsmi, ya da qeyri-rəsmi səfər edilməsin. Sonradan qətnamənin əleyhinə olan 202 deputatın çoxu bizə zəng edib gələ bilmədikləri üçün üzrxahlıq etdilər”.

***

Azərbaycan Milli Məclisinin xüsusi plenar iclası öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda əvvəl Azərbaycanın dövlət himni oxunub.

Qeyd edək ki, iclasın çağırılmasına səbəb bir neçə gün öncə Avropa Parlamentinin iclasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamədir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti