77 yaşlı qadını soyan qardaşlar tutuldu

77 yaşlı qadını soyan qardaşlar tutuldu
  14 Sentyabr 2015    Oxunub:1544
Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 11-də M. Əhmədzadə küçəsində 1938-ci il təvəllüdlü Tamella İsmayılovanın qızıl boyunbağını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, Bakı şəhər sakinləri – 1982-ci il təvəllüdlü Nicat Xıdırov və qardaşı 1983-cü il təvəllüdlü Samir Xıdırov tutulublar.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti