`Təhsilin səviyyəsi yaxşılaşır` - Mikayıl Cabbarov

`Təhsilin səviyyəsi yaxşılaşır` - Mikayıl Cabbarov
  14 Sentyabr 2015    Oxunub:2338
“2012-ci ildən bəri nəzərə çarpan göstəricilər təhsilin səviyyəsinin yaxşılaşmasından xəbər verir”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin “Sentyabr konfransı”nda çıxışı zamanı deyib. O, qeyd edib ki, 2012-ci ilin nəticələri ilə müqayisədə 9-cu sinifi bitirənlərdə yüksək qiymət alanların sayı 14 faiz artıb:

“Ən zəif nəticə göstərən məzunların sayında azlama müşahidə edirik. Digər tərəfdən biz ən yüksək akademik nəticələri əldə edən məzunlarının sayının da artdığını görürük. 500-dən çox bal toplayan məzunların sayı 5 faizdən 6,7 faizə qədər artıb. Bu o deməkdir ki, biz ən yüksək nəticə göstərənlərlə uğurlu nəticələri əldə edirik.

Sistemdaxili biz bunu daha da mükəmməl edə bilərik. Bunun yolu bizim işimizin düzgün şəkildə formalaşdırmasından əmələ gələ bilər. Biz qiymətləndirməni daha aşağı siniflərdə aparmaqla boşluqları daha tez görə bilərik. Bu isə həmin problemlərin aradan qaldırılması istiqamətində işlərin aparılmasını mümkün edir ki, bununla da nəticələri yaxşılaşdırmaq olar”.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti