SOCAR Mərkəzi Bankdan 1.8 milyard borc alır

SOCAR Mərkəzi Bankdan 1.8 milyard borc alır
  14 Sentyabr 2015    Oxunub:3159
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Mərkəzi Bankdan (AMB) kredit alması üçün hökumətin qərarı var və bu istiqamətdə işlər davam etdirilir.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O, kreditin 1,2 mlrd. manatının "Azərikimya" İB və Heydər Əliyev adına Neft Emalı Zavodunun moderləşdirilməsinə, 600 mln. manatının isə 3 il müddətinə şirkətin qazma proqramları üçün cəlb ediləcəyini qeyd edib.

SOCAR prezidenti deyib ki, bu ilin sonuna artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşməsi və "Azneftyağ" zavodunda olan yeni bitum qurğusunun tikintisi həyata keçirilməlidir: "2018-ci ilin sonuna zavodların moderləşməsi işini başa çatdırıb, "Avro-5" standartı ilə və yeni keyfiyyətli benzin və dizel istehsal ediləcək. Bununla da 2030-cü ilin ortalarına qədər benzin və dizelə olan tələbat bu zavodda həyata keçiriləcək və "Azneftyağ" zavodu da sökülərək, ərazisi Bakı bulvarına qatılacaq".

2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir deyən R. Abdullayevin sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir:

"Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir".


Teqlər:  





Xəbər lenti