Məktəblərdə dərslik problemi olmayacaq

Məktəblərdə dərslik problemi olmayacaq
  14 Sentyabr 2015    Oxunub:2184
“Son illər müsbət demokrafiq vəziyyət müşayiət olunduğuna görə birincilərimizin sayı artır. Bu da dövlətimizin, vətənizimin gücləndirilməsi deməkdir. Ona görə də təhsil sistemizin qarşısında duran əsas vəzifələrindən biri də ibtidai sinif uşaqların tədrisi üçün müəyyən zəruri şəraitin yaradılmasıdır”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib. O, eyni zamanda tədris ili ərzində dərsliklərlə bağlı hər hansı çətinliyin gözləmədiklərini vurğulayıb:

“Bu məsələlər tədris ilinin ilk günündən, hətta ilk həftəsindən aparılır. Azərbaycanın hər hansı bölgəsində dərsliklə bağlı hər hansı problem yaranarsa rayon təhsil şöbəsi vasitəsilə operativ şəkildə həll olunacaq. Bilirsiniz ki, bu ildə biz 2000 dən çox yeni müəllim işə qəbul etmişik. Həmin müəllimlərin tam əksəriyyəti tam artıq yerindədir və fəaliyyət üçün hazırdır. 350 yeni məktəb direktoru təyin olunub. Onlardan 28-i Bakı şəhərində fəaliyyət göstərəcək. Bu direktorların hamısı xüsusi təlim vasitəsilə seçimlərdən keçib”.

Nazir bildirib ki, hazırda ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsi yalnız icbari təhsil müddəti başa çatdıqdan sonra həyata keçirilir: “IX sinif məzunları buraxılış imtahanı verirlər. Lakin təhsil işçiləri razılaşa bilərlər ki, eyni bilgi 6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər üçün olsaydı, bu, bizə təhsil prosesində, metodikasında müşahidə etdiyimiz boşluqları özümüz üçün daha tez müəyyənləşdirməyə daha çox imkan verər və lazım olan müdaxilələri məhz onların təhsil müddətində edərdik”.

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti