Bu il 150 min şagird I sinfə gedəcək

Bu il 150 min şagird I sinfə gedəcək
  14 Sentyabr 2015    Oxunub:1389
Yeni tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub.
Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, ümumilikdə, 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.
Bu il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil alacaq.

Yeni tədris ilindən ölkə üzrə 5 yeni məktəb istifadəyə veriləcək. 220 məktəbdə əsaslı (140 məktəb) və cari (80 məktəb) təmir işləri aparılıb. 9 məktəbin tikintisi isə davam edir.

AzVision.az





Teqlər:



Xəbər lenti