Atəşkəs 5 istiqamətdə pozulub

Atəşkəs 5 istiqamətdə pozulub
  14 İyun 2013    Oxunub:1029
Erməni silahlı bölmələri Qazax, Ağdam, Goranboy, Füzuli və Xocavənd rayonu istiqamətinə atəşkəsi pozublar.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Müdafiə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmçinin erməni silahlıları Ağdam rayonunun Mərzili, Şıxlar, Qaraqaşlı, Novruzlu, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Qorqan və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti