“Avronın nazı ilə çox oynayırıq” - Sərt çıxışlar

“Avronın nazı ilə çox oynayırıq” - Sərt çıxışlar
  14 Sentyabr 2015    Oxunub:3522
“Düşməni öz evində boğmaq lazımdır”
AzVision.az xəbər verir ki, bunu millət vəkili Yevda Abramov parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasda çıxışı zamanı deyib. Onun sözlərinə görə, haqqımızda təsəvvürü olmayan insanlar danışırlar:

“Xəritədə bizim yerimizi bilmirlər heç. Bizim Avropadan öyrənməli bir şeyimiz yoxdur. Həmin Avropadır ki, iki dünya müharibəsində 6 milyon yəhudini məhv etdi”.

Millət vəkili Fəzail Ağamalı vurğulayıb ki, Avropa Parlamenti hər zaman ermənilərin yanında olub: “Ermənistanı birmənalı şəkildə müdafiə edib. Azərbaycana qarşı qərəzli münasibətini dayandırmayıb. Əgər onlar ermənilərin yanındadırlarsa, deməli bizim əleyhimizə olmalıdırlar. Azərbaycan diplomatiya siyasətində, informasiya müharibəsində Ermənistana qalib gəlib. Amma indi Azərbaycana qarşı aparılan kampaniyanın perspektivi yoxdur. Biz Avropa dəyərləri deyilən çürük dəyərlərin dalınca getməməliyik”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti