Azərbaycan "Avronest"dən çıxdı - Parlamentdən sərt Qərar

Azərbaycan "Avronest"dən çıxdı - Parlamentdən sərt Qərar
  14 Sentyabr 2015    Oxunub:4617
Azərbaycan "Avronest" Parlament Assambleyasından çıxıb

Azərbaycan Milli Məclisinin bu gün keçirilən xüsusi iclasında “Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı” adlı sənəd qəbul olunub.

AzVision.az-ın məlumatına görə, qərar layihəsini MM-in sədr müavini, Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Valeh Ələsgərov oxuyub.

Qərarda qeyd edilir ki, Avropa Parlementinin 2015 -ci ilin sentyabrın 10-da qəbul etdiyi qətnamə son dərəcə təhqiramiz xarakter alıb.

Siyasi hakimiyyətə şər və böhtan atılmış, tərəfdaşlıq münasibətlərini sarsıdılmış, Azərbaycanı Avropadan inteqrasiyadan təcrid etməyə yönəlib. Avropa Parlamenti ötən ilin formalaşan yeni tərkibindən sonra sədrinin qərəzli münasibətinə görə deputatların Azərbaycana gəlməsinə qadağa qoyulmuşdur. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. M. Şults ələbaxan qrupların fəıaliyyətinə göz yumur. İndi Avropada davam edən mühacir problemi irqçilik və ksenefobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsidir ki, bir müddət əvvəl “Çıraqov qardaşları” ilə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib.

İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırırı ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək. Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:
-Pozucu fəaliyyətlərə son qoyulsun

- Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəksin

- Azərbaycana qarşı konstruktiv addımlar atılsın

- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətinin qarşısı alınsın

- Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın

-Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanskiya tətbiq olunacağı təqdirdə Avropa Parlament üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun

Qərar səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti