Ölkənin müdafiə və səhiyyə xərcləri artırılır

Ölkənin müdafiə və səhiyyə xərcləri artırılır
  14 Sentyabr 2015    Oxunub:2508
2016-cı ilin dövlət büdcəsində müdafiə sahəsinə 1 milyard 837 milyon 800 min manat ayrılması gözlənilir.

AzVision.az xəbər verir ki, bu rəqəm, 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulub. Məlumata əsasən, gələn ilə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən ilin dövlət büdcəsinin proqnozu ilə müqayisədə 59,3 milyon manat (3,3%) çoxdur.

Ümumiyyətlə isə Azərbaycanda müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2016-cı il dövlət büdcəsi xərclərinin 18,3%-i həcmində vəsait nəzərdə tutulub. Qeyd edək ki, gələn ilin büdcə xərclərinin 16,264 milyard manat olacağı proqnzlaşdırılır.

Bundan başqa 2016-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 744,9 mln. manat və yaxud xərclərin 4,6 faizi həcmində vəsait ayrılıb. Bu rəqəm 2015-ci illə müqayisədə 0,9 faiz-bənd çoxdur. Ayrılan vəsaitin 352,7 mln. manatı və yaxud 47,4 faizi xəstəxanaların, 108,3 mln. manatı və yaxud 14,5 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 6,8 mln. manatı və yaxud 0,9 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 277,1 mln. manatı və yaxud 37,2 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

2016-cı ildə səhiyyə xərcləri üçün ayrılacaq vəsaitin 177,7 mln. manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən xroniki böyrək çatışmazlığı xəstəliyinin mübarizəsi üzrə tədbirlərə 25,0 mln. manat, hemofiliya və talassemiya irsi qan xəstəliklərinin müalicəsi üzrə tədbirlərə 20,8 mln. manat, xərçəng xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatına 42,2 mln. manat, şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərinin maliyyə təminatına 40,1 mln. manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə 3,0 mln. manat, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 1,2 mln. manat, Azərbaycan Respublikasında HİV-AİDS-in qarşısının alınması və onunla mübarizəyə 2,6 mln. manat, ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tədbirlərə 3,9 mln. manat, qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,7 mln. manat, uşaqların icbari dispanserizasiyası ilə bağlı xərclərə 5,0 mln. manat, dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 3,3 mln. manat, səhiyyə müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə, yenidən qurulmasına və əsaslı təmirinə 6,8 mln. manat, səhiyyə sahəsində islahatlarla bağlı xərclər üçün 13,0 mln. manat və digər səhiyyə tədbirlərinin həyata keçirilməsi üçün 9,1 mln. manat vəsait proqnozlaşdırılıb.


Teqlər:  





Xəbər lenti