SOCAR Mübariz Mənsimovla bağlı xəbəri təkzib etdi

SOCAR Mübariz Mənsimovla bağlı xəbəri təkzib etdi
  15 Sentyabr 2015    Oxunub:2016
SOCAR azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmarina”nın alınması məqsədilə danışıqlar aparılması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

SOCAR-ın mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda deyilir ki, Türkiyənin bəzi media şəbəkələrində “Palmali Holding”in sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmarina”nın SOCAR tərəfindən alınması məqsədilə guya danışıqlar aparılması haqqında məlumatlar yayılıb.

"SOCAR-ın mətbuat xidməti bildirir ki, bu məlumat tam əsassızdır, hazırda şirkətimiz tərəfindən belə bir investisiya layihəsi nəzərdən keçirilmir, gündəliyimizdə belə bir məsələ yoxdur".

Qeyd edək ki, Türkiyə mətbuatında yer alan xəbərlərə görə, SOCAR azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali Holding"ə daxil olan "Palmarina"nı almaq üçün danışıqlar aparır.

AzVision.az


Teqlər:  





Xəbər lenti