“İnandırıcı deyil”

“İnandırıcı deyil”
  20 Fevral 2013    Oxunub:2702
“Beynəlxalq hüquq çərçivəsində lazımi addımlar atılmayınca, Dağlıq Qarabağ münaqişənin həllində hər hansı irəliləyişin olması inandırıcı deyil”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Millət vəkili bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti nəticə verməlidir. Danışıqlar prosesi müsbət hal olsa da, işğalçı Ermənistana qarşı ciddi tədbirlər görülmür. “Təcavüzkara qarşı beynəlxalq hüquq çərçivəsində lazımi addımlar atılmayınca, münaqişənin həllində hər hansı irəliləyişin olması inandırıcı deyil. Beynəlxalq hüquq Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına tam imkan və əsas verir. Lakin beynəlxalq birlik tərəfindən hələ də sanksiya tətbiq olunmaması, ikili standartların davam etməsindən xəbər verir”.
Sevinc Fətəliyeva təəssüflə bildirib ki, işğalçı ilə işğala məruz qalan dövlətə bərabər münasibət göstərilir. O vurğulayıb ki, beynəlxalq birlik konkret mövqe ortaya qoymasa, həmsədrlər işğalçı Ermənistanı öz adı ilə çağırmasa, Sarkisyan hakimiyyəti müxtəlif bəhanələrlə münaqişənin uzanmasına çalışacaq.



Teqlər:





Xəbər lenti