`Deputat olmaq niyyətim yoxdur` - Misir Mərdanov

 `Deputat olmaq niyyətim yoxdur` - Misir Mərdanov
  15 Sentyabr 2015    Oxunub:2819
Mətbuatda sabiq təhsil naziri Misir Mərdanovun noyabrın 1-də keçiriləcək parlament seçkilərində YAP-ın namizədi olaraq iştirak edəcəyi ilə bağlı xəbərlər yayılıb.

İddia edilir ki, keçmiş nazir 16 saylı Yasamal II Seçki Dairəsindən namizədliyini irəli sürmək niyyətindədir.

Məsələ ilə bağlı Misir Mərdanov “deputatlığa namizəd olacaqsınızmı?” sualına konkret cavab verib: “Xeyir, deputatlığa namizəd olmayacağam. Belə bir niyyətim yoxdur. Bu haqda mətbuatda fikrimi bildirmişəm. Deyilənlər doğru deyil”

Qeyd edək ki, M.Mərdanov hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

AzVision.az


Teqlər:  





Xəbər lenti