Bakının girişində post quruldu – Rayon maşınları yoxlanılır

Bakının girişində post quruldu – Rayon maşınları yoxlanılır
  15 Sentyabr 2015    Oxunub:12064
Bu gün səhər saatlarından etibarən Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta girişinə qoyulan qadağanın tətbiqinə başlanıb.
AzVision.az xəbər verir ki, səhər saatlarından başlayaraq Sumqayıtdan Bakıya gələn yollarda DYP və PPX əməkdaşları tərəfindən postlar qurulub. Rayon qeydiyyatı olan avtomobillər həmin postlarda saxlanılaraq, geri qaytarılır.

Məlum qadağadan xəbərdar olan sürücülər müəyyən edilən dayanacaqlarda avtomobillərini saxlayaraq, Bakıya ictimai nəqliyyat vasitəsi ilə daxil olurlar.

Məsələdən xəbərsiz olduğunu iddia edən bəzi sürücülər isə qaydaları pozaraq postları keçməyə cəhd ediblər.

Hazırda şəhərində girişində qurulan postlarda polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.

AzVision.az




Teqlər:  



Xəbər lenti