Cəmil Həsənli və Əli Kərimli gülünc durumda

Cəmil Həsənli və Əli Kərimli gülünc durumda
  15 Sentyabr 2015    Oxunub:4135
Müxalifətin Milli Şura adlı qrupu Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə qəbul etdiyi gün parlament seçkilərini “boykot” etdiyini bildirdi. Onsuz da seçkidə uğur qazanmaq şansını 2013-cü ildə itirən Milli Şuranın bu addımı gözlənilən idi.

Məqsəd bəlldir. Boykot gününün sentyabrın 10-a təyin edilməsi də təsadüf deyildi. Məhz həmin gün əvvəlcədən bilindiyi kimi Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edəcəkdi. Odur ki, bu qurum sentyabrın 10-da seçki qərarını açıqlamaqla öz aləmində Avropanın diqqətini çəkib, qərəzli qətnamədə qeyd olunan dırnaqarası faktların real olduğunu sübut etmək niyyətində idi.

Amma proseslər tam əksinə baş verdi. Milli Şura seçkini boykot etməklə bir daha iqtidarla mübarizə aparmaq gücündə olmadığını nümayiş etdirdi.

Müşahidələr göstərir ki, qurumun boykot qərarı formal xarakter daşıyır. Bu qərarın müəllifi Milli Şuranın sədri Cəmil Həsənli və onun idarəedicisi Əli Kərimldir.

Qərar qəbul olunarkən şəxsi maraqlar üstün tutularaq MŞ üzvlərinin fikirləri nəzərə alınmayıb. Odur ki, bir çox üzvləri Milli Şuranınm qərarına qarşı çıxaraq seçkidə iştirak edəcəklərini bildirirlər.

Burada haqlı olaraq sual yaranır ki, nədən quruma üzv şəxslər təmsil olunduqları təşkilatın qərarına zidd gedirlər?

O zaman belə çıxır ki, üzvləri Milli Şuranın qərarını saymır, kim nə istəyir, onu də edir...

Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli seçkidə iştirakı ilə bağlı AzVision.az-a deyib ki, deputatlığa namizədliyini Milli Şuranın məlum qərarından öncə verib: “Milli Şuranın seçkidə iştirak etməmə qərarına hörmətlə yanaşıram. Ancaq, bu, onların öz işidir. Mən partiyamın qəbul etdiyi qərara uyğun olaraq parlamnet seşkilərində iştirak edirəm”.

S. Əsədlinin açıqlamasından da göründüyü kimi Milli Şura adlı qurumun qərarı özü kimi formal və əhəmiyyətsizdir. Çünki, MŞ üzvləri faktiki olaraq qurumun qərarlarını saya salmır və şəxsi maraqları naminə hərəkət edirlər. Bu belə olmasaydı, heç bir üzv qərardan kənara çıxa bilməzdi.

Məsələ ilə bağlı Milli Şuranın Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyevin açıqlaması Cəmil Həsənli və Əli Kərimli komandasının gülünc durumda olduğunu bir daha göstərdi.

MŞ sözçüsünün çıxışına diqqətin edin: “Biz üzvlərimizin seçiminə hörmətlə yanaşırıq. Bu, onların hüququdur. Hələlik bu məsələ ilə bağlı müzakirələr aparılmayıb. Amma, zərurət yaranarsa, məsələ Milli Şurada müzakirə oluna bilər”.

O.Gülalıyev çıxışı ilə təsdiq edir ki, Milli Şuranın seçki qərarı ciddi qəbul olunmur, formal xarakter daşıyır.

“Bəzi şəxslərin seçkilərdə iştirakı Milli Şura və onun qərarının əleyhinə getmək deyilmi?” sualına isə O. Gülalıyev belə cavab verib: “Biz üzvlərimizin seçimini Milli Şuranın və onun qərarının əleyhinə getmək kimi dəyərləndirmirik. Çünki, seçki elə bir məsələdir ki, qurumların qərarları ilə yanaşı şəxslərin subyektiv seçimləri də ola bilər. Bu baxımdan üzvlərimizin seçiminə hörmətlə yanaşırıq”.

Açıqlamalardan da görünür ki, Milli Şuranın seçkidə iştirak etməməklə bağlı qərarı faktiki formal xarakter daşıyır.

Bir sözlə, yuxarıda da qeyd etdiyimiz faktlar pafoslu çıxışları ilə parlament seçkilərini boykot edən Əli Kərimli və Cəmil Həsənlinin gülünc durumda olduğundan xəbər verir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti