Hakim partiyanın sıralarında böyük qalmaqal

Hakim partiyanın sıralarında böyük qalmaqal
  14 İyun 2013    Oxunub:1138
Nazirlər kabineti istefaya gedə bilər
Polisin 2 ilə yaxındır apardığı gizli araşdırmalardan sonra Çexiya baş nazirinin dəftərxana direktoru və nazirlər kabinetinin bir neçə keçmiş və hazırki üzvləri saxlanılıb. Onların hamısı qanunsuz fəaliyyətdə ittiham olunurlar. Həbs olunanlar arasında keçimiş kənd təsərrüfatı naziri, parlamentin keçmiş deputatı, nəqliyyat nazirliyinin keşmiş məmuru və hərbi kəşviyyatın sabiq rəhbəri də var. Təfərrüatlar barədə dəqiq məlumat verilmir. Ekspertlər bu hadisədən sonra nazirlər kabinetinin istefaya gedə biləcəyini istisna etmirlər.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti