AzVision.az DSX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 7 sentyabr 2015-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 111 nömrəli “Alma-Ata-Bakı” aviareysi ilə ölkəmizə gələn Tacikstan vətəndaşı 1998-ci il təvəllüdlü Qaziyeva Zamirə pasportunda Azərbaycan Respublikasına gəlib-getməsi barədə saxta möhürlər olduğuna görə, 10 sentyabr 2015-ci il tarixdə 079 nömrəli “Bakı-İstanbul” aviareysində saxta şengen vizası ilə Şri-Lanka vətəndaşları 1983-cü il təvəllüdlü Sanmuqarasa Sathess və 1987-ci il təvəllüdlü Sinna Thamby Theiventhiram Poovinthan, 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə saxta viza ilə Azərbaycan Respublikasına gələn Banqladeş vətəndaşları 1983-cü il təvəllüdlü Rana MD Masud, 1985-ci il təvəllüdlü Alim Muhammad Abdul, 1987-ci il təvəllüdlü Rana MD Sahel və 1988-ci il təvəllüdlü Pramanik Abu Sayed saxlanılıb.
Saxlanılmış şəxslər deportasiya ediliblər.