İlham Əliyev Miloş Zemanla təkbətək görüşdü

İlham Əliyev Miloş Zemanla təkbətək görüşdü
  15 Sentyabr 2015    Oxunub:1629
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın təkbətək görüşü olub.
AzVision.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu səfərin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


Teqlər:  



Xəbər lenti