Daha iki cəbhəçi Razi Nurullayevi dəstəklədi

Daha iki cəbhəçi Razi Nurullayevi dəstəklədi
  15 Sentyabr 2015    Oxunub:2000
Əli Kərimlinin sədrlik etdiyi AXCP-dən sürətlə uzaqlaşmalar davam edir. Belə ki, bu gün daha iki cəbhəçi Razi Nurullayevi dəstəklədiklərini bəyan ediblər.
AzVision.az bəyanatları təqdim edir:

- Mən Ramin Məmmədov. 2014-cü ildən AXCP Saatlı rayon şöbəsinin üzvüyəm. Partiyada Ruslan Nəsirlinin məruz qaldığı haqsızlıqlara göz yuma bilmirəm. Bir partiyada Əli Kərimli kimi avtoritar insan sədrlik edirsə orda mübarizə aparmaq mümkün deyil.

Bu səbəbdən də mən AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayevi dəstəklədiyimi bəyan edirəm.

- Mən Şahbazov Nayib 2004-cü ildəm AXCP Saatlı rayon şöbəsinin üzvüyəm. 2005-ci ilin 26 noyabrında mitinqdə həbs olunmuşam. Partiyaya töhvələrim çox olub. Lakin partiya daxilində baş verən proseslərə münasibətim birmənalı deyil.
Həsən Kərimovun, Fuad Qəhrəmanlının partiya daxilindəki “fironluğuna”, Əli Kərimlinin yaratdığı avtoritar rejimə etiraz olaraq Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə öz dəstəyimi tam şəkildə ifadə edirəm.







Teqlər:  



Xəbər lenti