Onlar YAP-dan deputat ola bilməyəcəklər - Siyahı

Onlar YAP-dan deputat ola bilməyəcəklər - Siyahı
  15 Sentyabr 2015    Oxunub:12116
Yeni Azərbaycan Partiyası noyabrın 1-də Milli Məclisə V çağırışda keçiriləcək seçkilərlə bağlı namizəd siyahısını açıqlayıb. Maraq doğuran məqam rektor olan deputatların namizədliklərinin irəli sürülməsi olub.
AzVision.az xəbər verir ki, ilk olaraq mətbuata açıqlama verən Bakı Dövlət Universiteinin rektoru Abel Məhərrəmov seçkilərə getməycəyəni açıqladı.

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın adı isə siyahıda yoxdur. Onu Vəliyev Ağalar İsrafil oğlu əvəz edəcək.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin yerinə Əhmədov Zeynal Akif oğlu namizdliyi irəli sürülüb.

Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevində adı iqtidarın seçki siyahısında yoxdur. Onun yerinə seçkilərə Cabbarova Xatirə Qılman qızı gedəcək.

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev yenidən millət vəkili olmaq üçün seçkiyə gedəcək.

***

YAP-ın açıqladığı deputatlığa namizədlər siyahısında hazırda YAP-ın deputatı olan bəzi şəxslərin adı yoxdur.

BDU-nun rektoru 16 saylı Yasamal ikinci seçki dairəsindən YAP-ın deputatı seçilmiş Abel Məhərrəmovun yerinə İbrahimov Xıdır Mənsum oğlunun, 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat olan Qalib Salahzadənin yerinə Cəbrayılova Dilarə Məmmədağa qızının, 34 saylı Xətai ikinci seçki dairəsindən Gülər Əhmədovanın yerinə İbrahimov Calal Ağarza oğlunun 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Asəf Hacıyevin yerinə Həmzəyev Naqif Ələşrəf oğlunun namizədliyi irəli sürülüb.

Fərhad Qəribovun yerinə (57 saylı Kürdəmir seçki dairəsi) Qəribov Nizami İsməli oğlu, 62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyevin yerinə Rəşidov Nazim Sahib oğlu namizəd
olub.

81 saylı Beyləqan seçki dairəsindən deputat Ayaz Orucov da siyahıda yoxdur. Onun yerinə İsmayılov Şahin Əmir oğlu namizəd olub.

107 saylı Qazax seçki dairəsində Əhməd Vəliyevin yerinə Əhmədov Zeynal Akif oğlu, 109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın yerinə Məhməliyev Nəsib Məhəmməd oğlunun namizədliyi irəli sürülüb.

Beləliklə, YAP hazırkı deputatlarından 13-nün namizədliyini yenidən irəli sürməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti