`Nə qədər deputat olmaq olar?` - Adı siyahıya düşməyən rektor

`Nə qədər deputat olmaq olar?` - Adı siyahıya düşməyən rektor
  16 Sentyabr 2015    Oxunub:3571
“Mən bundan sonra rektorluğumu davam etdirəcəyəm”.
AzVision.az xəbər verir ki, bu fikirləri musavat.com-a adı YAP-ın seçki siyahısında olmayan deputat, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev söyləyib.

Rektor etiraf edib ki, o, partiyanın şərtini qəbul edərək belə bir qərar verib: “Təbii ki, partiya nə məsləhət görürsə, o da olmalıdır. Üstəlik, siyahıya YAP baxır. Özü də 10 il deputat olmuşuq, daha nə qədər deputat olmaq olar?”

“Şəxsən siz hansını seçərdiniz, millət vəkilliyini, yoxsa rektorluğu?” sualına cavabında Ə.Vəliyev belə cavab verib:

“Mən rektoram, işimi buraxa bilmərəm ki. Mən universitet yaratmışam”. Ə.Vəliyev onun yerinə verilən namizədlə bağlı yalnız bunları bildirib: “O namizədi tanımıram, bilmirəm harda işləyir, kimdir”.


Teqlər:





Xəbər lenti