YAP-ın namizədi Aysel Əlizadə kimdir? - Açıqlama (FOTOLAR)

YAP-ın namizədi Aysel Əlizadə kimdir? - Açıqlama (FOTOLAR)
  16 Sentyabr 2015    Oxunub:38450
Ötən gün Hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlayıb.
Ötən seçkidə spiker Oqtay Əsədovun seçildiyi 8 saylı Binəqədi 1-ci seçki dairəsindən YAP-ın namizədi olan Aysel Əlizadə ictimaiyyətin böyük marağına səbəb olub.

Eyni zamanda 125-lər seçki blokunun namizədi, yazar Aysel Əlizadənin də adıçəkilən dairədən namizədliyini irəli sürülməsi seçicilər arasında çaşqınlıq yaradıb.

YAP-ın namizədi Aysel Əlizadə AzVision.az-a açıqlamasında bildirib ki, YAP-ın namizəd siyahısına düşüdüyünə görə, çox sevinclidir: “2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hakim partiyanın namizəd siyahısına düşüdüyümə görə çox sevincliyəm. Partiyamın etimadına layiq olmağa çalışacağam”.

YAP-çı Aysel Əlizadənin kimliyi ilə bağlı müzakirələr zamanı onun müğənni Aysel Əlizadə olduğu deyilirdi.

Qeyd edək ki, 1989-cu ildə İsmayıllı şəhərində dünyaya gələn A. Əlizadə orta məktəbi Binəqədi rayonu Əliağa Şıxlinski adına 135№-li tam orta məktəbdə bitirib. Ali təhsilini isə Təfəkkür Universitetində alıb. Hazırda məzunu olduğu məktəbin müəlliməsidir.

A. Əlizadə 2014-cü ildə bələdiyyə seçkilərində uğur qazanaraq bələdiyyə üzvü seçilib.







Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti