`ASAN`-a qəbul başladı
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından AzVision.az-a verilən məlumata görə, test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.
İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur.
Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdiriləcək.
İstənilən şəxs Komissiyanın rəsmi internet saytı vasitəsi ilə test imtahanlarının gedişini onlayn izləyə bilərlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


