3 zəvvar Həci ola bilmədi

3 zəvvar Həci ola bilmədi
  16 Sentyabr 2015    Oxunub:1983
Azərbaycandan Həcc ziyarətinə zəvvarların son qrupları ötən gecə yola düşüb.
AzVision.az xəbər verir ki, Qafqaz Müsəlmanları idarəsindən APA-ya verilən məlumata görə, bununla da Azərbaycandan Həccə 2400 nəfərlik zəvvar kvotasının uçuşları başa çatıb. Siyahıdan 3 nəfər zəvvar Həccə gedə bilməyib və buna səbəb onları səhhətində qəflətən yaranan narahatlıq olub.

QMİ-dən onu da bildiriblər ki, artıq azərbaycanlı zəvvarların bir hissəsi Mədinədən Məkkəyə gedib.

Qeyd edək ki, Azərbaycandan Həccə ilk zəvvar qrupu sentyabrın 15-də yola düşüb. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və sənəd qəbulu zamanı bütün yerlər dolub. Sənəd qəbuluna martın 11-dən start verilib. Bu il ilk dəfə olaraq yerlərin gec dolması səbəbindən sənəd qəbulu son günlərə qədər davam edib (ötən ilə qədər sənəd qəbulu üçün son tarix mayın 31-i müəyyən olunmuşdu).

Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılıb.


Teqlər:



Xəbər lenti