Pensiyalar bayrama kimi veriləcək

Pensiyalar bayrama kimi veriləcək
  16 Sentyabr 2015    Oxunub:3351
"Çalışacıq ki, Qurban Bayramına qədər sentyabr ayının pensiyalarının bütünlüklə maliyyələşdirilməsini başa çatdıraq".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, bunun üçün fondun kifayət qədər resursu var.

O, qeyd edib ki, ölkədə əhalinin gəlirlərində azalma olmayıb. Əksinə artım dinamikası davam edir: `Növbəti ildə də bu dinamikanın davam edəcəyini proqnozlaşdırırıq və DSMF-nin sosial sığorta gəlirlərinin artımını gözləyirik. Bunu yanvar-avqust ayları üzrə faktiki göstəricilər də təsdiq edir.

Bu müddətdə fond məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 60 milyon manat artıqlaması ilə yerinə yetirilib. Bu da ilin sonuna kimi tendensiyanı davam etdirə biləcəyimizə və növbəti ildə də bu sahədə heç bir problem olmayacağına zəmin yaradır`.


Teqlər:  





Xəbər lenti