Toyda yeyib-içdi, qohumunu bıçaqladı - Video

Toyda yeyib-içdi, qohumunu bıçaqladı - Video
  16 Sentyabr 2015    Oxunub:2086
Toyda yeyib-içən qohumların davası qanla bitdi.
AzVision.az Region TV-yə istinadən xəbər verir ki, Şamaxı sakini Sadiq Tarverdiyev sərxoş vəziyyətdə, aralarında yaranmış mübahisə zəminində həmkəndlisi Rəşad Köçəriyevə bıçaqla xəsarət yetirib. Rəşad Köçəriyev dərhal xəstəxanaya çatdırılıb.

36 yaşlı Sadiq Tarverdiyev isə hadisədən sonra saxlanılaraq istintaqa təhvil verilib. O dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. Sadiq Tarverdiyev bıçaqladığı şəxslə qohum olduğunu və indiyədək aralarında hər hansı problem yaşanmadığını qeyd edib.

Sadiq Tarverdiyev - saxlanılan şəxs: "Toyda yeyib-içirdik. O ayrı oturmuşdu, mən ayrı. Sonra qonşuda çay içəndə mübahisə düşdü. Dartışanda bıçaq yüngül dəydi. Onunla heç bir mübahisəmiz olmayıb. Həmişə gediş-gəlişimiz olub. Qıraq adam deyil, yoldaşımın əmisioğludur. Yaxşı da münasibətimiz olub".

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.




Teqlər:  



Xəbər lenti