`06` `KamAZ`-ın altına girdi, ölən var

`06` `KamAZ`-ın altına girdi, ölən var
  16 Sentyabr 2015    Oxunub:1648
Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, sentyabrın 15-də saat 18 radələrində Qusar rayonunun Yasab kəndində kənd sakini Hacıbəy Qayınbəyovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Taleh Məcidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə H.Qayınbəyov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, Qusar RPŞ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti