ADP seçkidən imtina etdi

ADP seçkidən imtina etdi
  16 Sentyabr 2015    Oxunub:2266
Azərbaycan Demokrat Partiyası (ADP) noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməkdən imtina edib.
Partiyadan AzVision.az-a verilən məlumata görə, qərar bu gün Ali Məclisinin rəyasət heyətinin iclasında qəbul olunub.

İclasda ölkədə ictimai siyasi vəziyyət, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar hazırlıq məsələsi və digər məsələlər müzakirə edilib.

Geniş müzakirələrdən sonra müvafiq qərar qəbul edilib.

“Son vaxtlar Azərbaycanla ABŞ və Qərbi Avropanın demokratik institutları arasında münasibətlərin gərginləşdirilməsini, ATƏT-in 2015-ci il parlament seçkilərində müşahidə missiyasından imtina qərarı verməsini, habelə ölkədə seçki öncəsi real siyasi vəziyyəti nəzərə alaraq Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin Rəyasət Heyəti 01 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə iştirakın hazırkı mərhələdən davam etdirilməsinin məqsədəmüvafiq olmamasını qeyd edir və seçkilərdən geri çəkilir.”


Teqlər:





Xəbər lenti