`Qarabağ bizim ən böyük problemimizdir`- Ferudin Sinirlioğlu

`Qarabağ bizim ən böyük problemimizdir`- Ferudin Sinirlioğlu
  16 Sentyabr 2015    Oxunub:1968
Qarabağ probleminin həlli bundan sonra bölgənin inkişafı üçün böyük yol açar

“Türkiyə ilə Azərbaycan yalnız qardaş ölkə deyil, eyni zamanda strateji tərəfdaşdır”. AzVision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Ferudin Sinirlioğlu mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan bu bölgənin sürətlə inkişaf edən bir ölkəsidir və Türkiyə buna çox sevinir:

“Biz Azərbaycannın bu bölgədə oynadığı rola əhəmiyyət veririk və hər zaman Azərbaycanın yanındayıq, bundan sonra da olacağıq. Azərbaycan torpaqlarının işğalı bölgənin inkişafı qarşısında duran ən böyük problemdir və Türkiyə bu problemin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll edilməsini vacib sayır. Bu problemin həlli bundan sonra bölgənin inkişafı üçün böyük yol açar. Dünya birliyi bunu nə qədər tez anlasa, bir o qədər önəmli olar. Gözləntilərimiz bunun başqa ölkələr və beynəlxalq toplum tərəfindən dərk edilməsi və vaxt itirilmədən səylərin artırılmasıdır. Minsk Qrupunun səylərini izləyir və lazım olduqda onları tənqid edərək təşviq etməyə çalışırıq. Problemin dərinləşməsinə yol aça biləcək addımlardan çəkinmək lazımdır. Dağlıq Qarabağda bu yaxınlarda keçirilən qondarma “seçki” yanlış və təxribat xarakterli addımdır və bunu qınayırıq. Bu addımın nəticə verməyəcəyi aşkardır”.

Nazir həmçinin Türkiyədə PKK terror təşkilatının son vaxtlarda törətdiyi terror hadisələrinə də münasibət bildirib:

“Türkiyə uzun illərdir, terrorizmə qarşı mübarizə aparır. Terroristlərin iqtisadi layihələri hədəfə alması hər zaman müzakirə mövzusu olub və bunun üçün tədbirlər görülür. Təhlükəsizlik, terrora qarşı mübarizə üçün lazımi tədbirlər görülür. Bakı-Tbilisi-Ceyhan, TANAP layihəinin təhükəsizliyi bizim üçün vacibdir və ona görə bütün tədbirlər görülür”.


Teqlər:  



Xəbər lenti