Bakı-Moskva qatarı dayandırıldı

Bakı-Moskva qatarı dayandırıldı
  14 İyun 2013    Oxunub:1310
Mahaçqalanın cənub hissəsindəki dəmiryolunda mümkün partlayış səbəbindən Bakı-Moskva qatarının hərəkəti dayandırılıb.

Bu barədə İTAR-TASS-a respublika Daxili İşlər Nazirliyindən (DİN) məlumat veriblər.

Məlumata görə, bu gün səhər saatlarında dəmiryollarına baxış zamanı relslərdə əldəqayırma partlayıcı qurğuya bənzəyən şübhəli əşya tapılıb.

Hazırda hadisə yerində xüsusi xidmət orqanları işləyirlər, ərazi nəzarət altına alınıb.

Müvəqqəti olaraq Şimali-Qafqaz dəmiryolunun Mahaçqala sahəsində bütün qatarların hərəkəti dayandırılıb.(trend)


Teqlər:  





Xəbər lenti