Əli Kərimlinin bayraqdarı yeni AXCP-də
Bəyanatı təqdim edirik:
Mən Dəmirov Elçin, 1989-cu ildən AXCP-nin üzvüyəm. Partiyanın keçirdiyi bir çox icazəli və icazəsiz aksiyalarda iştirak etmişəm. Növbəti belə icazəsiz aksiyaların birində AXCP-nin bayrağı ilə həbs olundum, sonra yenidən azadlığa buraxıldım. Bu hadisədən 2 gün sonra keçirilən müşavirədə Əli Kərimli həbs olunduğum bayrağın üzərinə öz imzasını ataraq mənə bağışladı və məni AXCP-nin bayraqdarı elan etdi.
Lakin bu gün partiayada Əli Kərimli və onun yaxınlarının yaratdığı qeyri-sağlam mühit məni narahat edir, mənim burda fəaliyyət göstərməyimə mane olur.
Lakin mən AXCP-dən istefa vermirəm, mən yenə partiyadayam, sadəcə bundan sonrakı fəaliyyətimi Razi Nurullayevin rəhbərliiyi altında davam etdirməyə qərar verirəm`.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


