DSX-nın növbəti gəmisi xidmətə başladı

DSX-nın növbəti gəmisi xidmətə başladı
  16 Sentyabr 2015    Oxunub:3132
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatmış S - 306 №-li sərhəd gözətçi gəmisi xidməti döyüş fəaliyyətinə başlaması ilə əlaqədər sentyabr ayının 16-da Xəzər dənizinə endirilib.
AzVision.az xəbər verir ki, bu barədə DSX-nın mətbuat mərkəzi məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 11-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatmış S-201 №-li sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.


Teqlər:



Xəbər lenti