`Müxalifət sarsılıb, dağılıb...` - Əli Əhmədov
YAP rəsmisi qeyd edib ki, müxalifət sarsılıb, dağılıb, parçalanıb. Azərbaycanın siyasi həyatında müxalifətin rolu demək olar ki, görünmür.
`İndi müxalifət, xüsusilə də onun aqressiv hissəsi siyasi mübarizəni və siyasi fəallığı Azərbaycandan kənarda olan müxtəlif qruplarla işbirliyində görür. Ən acınacaqlısı da odur ki, həmin qruplar bir qayda olaraq anti – Azərbaycan mövqeyini heç zaman gizlətmir. Nəticədə müxalifətin həmin qolu özü mahiyyət etibarilə anti – Azərbaycan elementinə çevrilir. Bunun bir adı da «5-ci kolon»dur. Tamamilə aydındır ki, öz qrup maraqlarını xalqın maraqlarına qarşı qoyanlar xalqın dəstəyinə ümid edə bilməz. Müxalifətin bəzi dairələrinin seçkilərdə iştirak etməməsinin səbəbini bunda axtarmaq lazımdır.
Rəqiblərimizlə əlaqədar sözlərimə yekun vuraraq bildirmək istəyirəm ki, biz xalqa inanırıq, onlar isə xalqdan uzaq düşüb. Deməli qüvvələr qeyri – bərabərdir, çünki seçkinin yeganə hakimi seçicidir, başqa sözlə, xalqdır`.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


