Koreya yarımadasında yeni siyasi gərginlik

Koreya yarımadasında yeni siyasi gərginlik
  14 İyun 2013    Oxunub:1088
Koreya yarımadasında siyasi gərginlik yeidən artıb.
Şimali Koreya ilə Cənubi Koreya arasında danışıqların növbəti dəfə iflasa uğraması Seulda ciddi narazılıqla qarşılanıb. Müzakirələrin baş tutmamasına görə Pxenyanı ittiham edən cənubi koreyalılar Şimali Koreya lideri Kim Çen Inın şəkillərini yandırıb. Qeyd edək ki, danışıqlar iyunun 12-nə planlaşdırılmışdı. Lakin görüşə bir neçə saat qalmış iflasa uğradı.

Halbuki, görüşdə Şimal və Cənub arasındakı münasibətlərdə mövcud problemlərin təxirəsalınmaz həlli yolları müzakirə olunmalı idi. Lakin, tərəflər nümayəndə heyətləri səviyyəsində razılığa gələ bilmədi. İndi Seulda düşünürlər ki, Kim Çen In yalnız yandırılmağa layiq olan bir adamdır.

AzVision.az



Teqlər:





Xəbər lenti