Şirkətdən 60 mini oğurlayan tutuldu

Şirkətdən 60 mini oğurlayan tutuldu
  17 Sentyabr 2015    Oxunub:1733
Bakıda şirkətdən külli məbləğdə pul oğurlayan şəxslərdən biri tutulub.
AzVision.az xəbər verir ki, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60000 ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış qrupun digər üzvü - Bakı şəhər sakini Aqşin Mustafayev tutulub, digər şəxs isə müəyyən edilib.

Digər şəxsin tutulması istiqamətində araşdırmalar davam etdirilir. Qeyd edək ki, bundan öncə qrupun digər üzvü Bakı şəhər sakini Azad Həziyev tutulub.

Qeyd edək ki, tikinti şirkəti “Qaraçay Holdinq”in tərkibinə daxildir. Holdinqin fəaliyyət dairəsinə kənd təsərrüfatı, inşaat və kənd təsərrüfatı texnikasının satışı, atçılıq idmanı və digər sahələr daxildir.


Teqlər:  





Xəbər lenti