Azərbaycanda leysan 4 evi dağırtdı - Video
Sel nəticəsində rayonun Çiləgir kəndində də bir ev dağIlıb. Ev sahibi 82 yaşlı Beykəz Məmmədov xəsarət alıb. Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstənin vəziyyəti stabildir. Hadisə ilə əlaqədar əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və müvafiq texnikası cəlb olunub.
Qusar FHK-nın sədri Şahid Fərəməzovun verdiyi məlumata görə, artıq evlər sel sulardan təmizlənib. Dağılan 4 evdən 2-də yaşayış olmayıb. Digər iki evin sakinləri isə təhlükəsiz əraziyə köçürülüb. Dünən gecə saatlarından bağlı qalan yollar isə artıq açılıb.
Güclü sel nəticəsində Quba rayonunda da 35 evə su dolub. Rayonun Tülər kəndindəki körpü uçub. Hər iki rayona dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. (Region TV)







Vaxtında, Aydın, Lazımlı!


