TQDK sədri mətbuatdan razıdır

TQDK sədri mətbuatdan razıdır
  17 Sentyabr 2015    Oxunub:1857
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu il ərzində keçirdiyi müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib.
AzVision.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu günki mətbuat konfransında deyib. Onun sözlərinə görə, imtahanlarda təkcə komissiyanın 126 nəfər əməkdaşı deyil, kənardan dəvət olunan müəllimlər, ekspertlər iştirak edib. TQDK sədri həmçinin mətbuatın xəbərlərin çatdırılmasında rolu böyük rolu olduğunu qeyd edib.

“Buna görə də,bəzən məlumatı TQDK-nın saytında yerləşdirməmişdən əvvəl mətbuata göndəririk. Bəzən xəbər saytlarında məlumatlar bizim saytımızdan daha tez dərc olunur”.

M.Abbaszadə bildirib ki, komissiyanın son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub. O, “Elektron Hökümət” portalına avqust ayı ərzində istifadəçilərin statistikasını açıqlayıb. TQDK-nın təqdim etdiyi 15 elektron xidmət üzr 4167385 dəfə istifadə edilib. TQDK sədri bildirib ki, bu il qəbul kompaniyasına son qoyub, yeni mərhələyə hazırlıq mərhələsindədirlər.

Komissiya sədri həmçinin mətbuatın 140 illiyi münasibətilə keçirilən müsabiqənin qaliblərini də mükafatlandırıb. Ən yaxşı məqalə üzrə birinci yer xəbərlər.az, ikinci yer “Üç nöqtə” qəzeti, üçüncü yer trend.az və lent.az xəbər portalına verilib. Televiziya reportajı namnasiyasında birinci yer İctimai televiziya, ikinci yer Azərbaycan televiziyası, üçüncü yer ATV telekanalı layiq görülüb.

Gültəkin Əlsəgər


Teqlər:



Xəbər lenti