`Nöqsanlar aradan qaldırılacaq` - Avtovağzalın yeni rəisi

`Nöqsanlar aradan qaldırılacaq` - Avtovağzalın yeni rəisi
  17 Sentyabr 2015    Oxunub:5122
“Göstərilən etimadı doğrultmağa çalışacağam”.
Bunu AzVision.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzalının yeni rəisi Seymur Aslanov deyib.

`Bu, çox məsuliyyətli bir vəzifədir. Mənə göstərilən etimada görə təşəkkür edirəm. Əlimdən gələni edəcəyəm ki, bu etimadı doğruldum, bu işin layiqincə öhdəsindən gəlim. Mən xeyli vaxtdır ki, nəqliyyat sahəsində çalışıram. Artıq vəzifəmin icrasına başlamışam. Məni bu vəzifəyə təyin edənlərə öz minnətdarlığımı bildirəm. Bakı Beynəlxalq Avtovağzalının işinin mükəmməl şəkildə təşkil olmuması üçün əlimdən gələni edəcəyəm. Bütün nöqsanları aradan qaldırmağa çalışacağam. Bir daha hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalının rəhbəri Qasım Qasımov tutduğu vəzifədən azad olunub. Nəqliyya naziri Ziya Məmmədovun əmri ilə bu vəzifəyə Seymur Aslanov təyin olunub.

Hafiz Əhmədov




Teqlər:  



Xəbər lenti