Elçin Behbudov Bakıya sığınan erməni ilə görüşəcək

Elçin Behbudov Bakıya sığınan erməni ilə görüşəcək
  17 Sentyabr 2015    Oxunub:2294
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov siyasi sığınacaq almaq istəyi ilə Azərbaycan tərəfinə keçən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyana baş çəkəcək.
Bunu AzVision.az - a açıqlamasında hüquq müdafiəçisinin özü deyib. O, qeyd edib ki, ilkin məlumata görə, V. Martirosyan Ermənistanda məruz qaldığı təzyiqlərə görə Azərbaycan tərəfinə keçib:

“Onunla görüşəcəyəm. Bildiyimə görə o, ermənilər tərəfində işgənclərə məruz qalıb. Bu məsələni araşdıracağam. Artıq bir neçə erməni işgənclərə məruz qaldıqlarına görə Azərbaycan tərəfinə keçib. Ermənistanda onları incidirlər, təqib edib təziq göstərirlər. Onlar isə bu işgənclərdən canlarını qurtarmaq məqsədi ilə Azərbaycan tərəfinə keçirlər”.

Qeyd edək ki, V. Martirosyan rəhbərlik etdiyi “Milli Azadlıq Hərəkatı” təşkilatı müxalif yönümlü fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

Hadisə ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılsa da, bu prosedur hələ ki, yekunlaşmayıb. Erməni mətbuatının yaydığı məlumatlarda qeyd olunub ki, erməni müxalifətçinin deputatın adamları tərəfindən döyülməsinə səbəb kimi onun “QazProm Ermənistan” şirkətinin cinayətkar əməllərini ortaya çıxarmasıdır.

V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  



Xəbər lenti