Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb
  17 Sentyabr 2015    Oxunub:1822
Bu ilin yanvar-avqust aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 26,67 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,6 faiz artıb.

Bu dövr ərzində gəlirlərin 75,02 faizi son istehlak xərclərinə, 9,54 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,77 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,67 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,13 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.


Teqlər:





Xəbər lenti