Dəhşətli qəza ilə bağlı açıqlama: `Günahkar sürücüdür`

Dəhşətli qəza ilə bağlı açıqlama: `Günahkar sürücüdür`
  18 Sentyabr 2015    Oxunub:5838
Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza ilə bağlı Nəqliyyat Naziriliyi tərəfindən araşdırma aparılır.
Bunu AzVision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Nazirlik rəsmisi bildirib ki, qəzaya düşən “FORD” transit markalı mikroavtobusun sürücüsü 2012-ci ildən qeyri-qanuni sərnişin danışma ilə məşğul olub.

`Qəza törədən avtonəqliyyat vasitəsi qeyri-qanuni olaraq fəaliyyət göstərib. Həmin şəxs qeyri-müntəzəm daşınma ilə məşğul olub. 2015-ci ilin avqust ayında isə qeyri-müntəzəm daşınmaya lisenziya vermirik. Həmin şəxslər partizan üsulu ilə orada-burada saxlamaqla sərnişin yığırlar.

Qəzaya düşən şəxslərin əksəriyyəti “Embawood” şirkətinin işçiləri olub. Bu qəza sırf sürücünün səhlənkarlığı ucbatından baş verib. Nazirliyin təhlükəsizlik şöbəsi də araşdırma aparır. Araşdırmanın nəticəsi məlum olandan sonra açıqlama veriləcək”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda dəhşətli yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 10-dan yuxarı sərnişin isə yaralanıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti