İlham Əliyev Ağsudadır - FOTOLAR (Yenilənib)

İlham Əliyev Ağsudadır - FOTOLAR (Yenilənib)
  18 Sentyabr 2015    Oxunub:3158
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirə səfərini başa çatdıraraq Ağsu rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu rayonuna səfəri çərçivəsində İdman Kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev kompleksin taekvondo və boks zalında yaradılan şəraitlə də maraqlandı.

Ölkə başçısı görülən işlərdən razılığını bildirdi.

Prezident İlham Əliyev Ağsuya səfəri çərçivəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Ölkə başçısı səfəri çərçivəsində Ağsuya içməli suyun verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısı “milli su təchizati və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində həyata keçirilən Ağsu rayonunda su təchizatı, çirkab su sistemləri və çirkab su təmizləyici qurğunun tikintisi” layihəsi ilə tanış oldu.

Sonra Prezident İlham Əliyev Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Qalereya




Teqlər:  



Xəbər lenti