“Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var”

“Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var”
  14 İyun 2013    Oxunub:1412
Bu gün Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
BDU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 20 il bundan əvvəl xalqımız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına nail ola bildi, o, isə öz növbəsində Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı roblemlərdən qurtardı və xalqımızın Qurtuluş yolunu müəyyənləşdirdi.

Rektor ulu öndərin müstəqil dövlətimizin möhkəmlənməsində və dünyada tanınmasında tarixi xidmətlərini vurğulayıb, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

“Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir”deyən Abel Məhərrəmov Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələri kimi ölkədə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra vitse-spiker Ziyafət Əsgərov, deputatlar – Ziyad Səmədzadə, Musa Qasımlı və tələbə Yavər Məmmədova Qurtuluş günü ilə bağlı fikirlərini bölüşüblər.

Mirvari



Teqlər:  





Xəbər lenti