Partiya lideri özünə klip çəkdirdi - VİDEO

Partiya lideri özünə klip çəkdirdi - VİDEO
  20 Fevral 2013    Oxunub:1974
Milliyyətçi Hərəkat partiyasının lideri Dövlət Baxçalının “Fərdi Tayfur klipi” Türkiyə mediası və sosial şəbəkələrin əsas mövzularından birinə çevrilib.
Milliyyətçi lider Baxçalının köhnə model Volvo markalı maşınında Fərdi Tayfurun “Sanma sana dönerim” mahnısının sədaları altında çəkilən görüntülərindən düzəldilən klip Youtube-a yerləşdirilib. Klip qısa zamanda sosial mediada ən çox paylaşılan xəbərlərdən birinə çevrilib.
Klassik avtomobillərə olan marağı ilə tanınan MHP lideri iki gəftə öncə Ankara yollarında gəzintiyə çıxıb. Volvo markalı avtomobilində Fərdi Tayfura qulaq asdığı video görüntülər hələ dünən klip şəklində “Youtube” və “Facebook”a yüklənib.
Qeyd edək ki, Baxçalı kimi adanalı olan Fərdi Tayfur milliyyətçi liderin ən sevdiyi sənətçilərdən biridir.





Teqlər:





Xəbər lenti