Ölkəmizdə neftçilər nə qədər pensiya alır?

Ölkəmizdə neftçilər nə qədər pensiya alır?
  18 Sentyabr 2015    Oxunub:6786
Azərbaycanda neft sənayesində çalışan pensiyaçıların sayı 26,8 min nəfərdən artıqdır.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququ qazanırlar.

Fonddan onu da bildiriblər ki, Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370,8 manat təşkil edir.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. 2015-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 89 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqı ödənilib”-deyə Fonddan bildiriblər.


Teqlər:  



Xəbər lenti